☰ Xəbər Bölməsi
Əhaliyə ŞAD XƏBƏR - Güzəştlə satılan qazın limiti...

"Əhaliyə güzəştlə satılan qazın limiti məsələsinə yenidən baxılmalıdır".
APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.
Deputat bildirib ki, dağlıq rayonlarında qazdan istifadə daha çox olur: "Dağlıq rayonlarının sakinləri digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar. Güzəştli qaz limiti məsələsində bütün əhaliyə, regionlara eyni yanaşma tətbiq edilib. Ölkə əhalisinin 15 % qaz limitini aşır. Bu 15 %-in içində dağlıq rayonlarda yaşayan insanlar 10 %-dən də az təşkil edir. Tarif Şurasından dağlıq regionlarda yaşayan əhali üçün qaz limitini artırmağı xahiş edirəm"
5 123 23 Fevral 2021 20:59